Qəzzada bir gündə ən azı 28 fələstinli həlak oldu


İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində ən azı 28 fələstinli ölüb, 51 fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı artaraq 34 min 596 nəfərə çatıb, daha 77 min 816 nəfər yaralanıb”, - Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Nazirlik əlavə edib ki, son 24 saat ərzində Qəzzada 28 nəfər ölüb, 51 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top